Bakı. 20 may. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Kamerun Respublikasının milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kamerun xalqına əmin-amanlıq və rifah diləyirəm".