​Prezident İlham Əliyev Ciddə şəhərinə gedib

Bakı. 6 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda görüşlərini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 6-da Ciddə şəhərinə gediblər. 

“Report” xəbər verir ki, Ciddə şəhərinin beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı və xanımı Ciddə şəhərində yüksək qonaqpərvərliklə qarşılanıblar.

Digər xəbərlər