İslamabaddakı Sundas Talassemiya Mərkəzində Heydər Əliyevin anım günü ilə əlaqədar xeyriyyə tədbiri keçirilib

Pakistanın paytaxtı İslamabad şəhərində yerləşən Sundas Talassemiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü əlaqədar əlaqədar xeyriyyə tədbiri keçirilib.

"Report"un məlumata görə, Azərbaycanın Pakistandakı Səfirliyinin əməkdaşları Mərkəzin tibb heyəti, pasiyentləri, eləcə də onların ailə üzvləri ilə görüşüb.

Onlara Ulu Öndər Heydər Əliyevin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində təməlini qoyduğu dövlət siyasəti barədə məlumatlandırılıb.

Eyni zamanda, səfirliyin hazırladığı ərzaq paketləri Sundas Talassemiya Mərkəzinə təqdim olunub.

Digər xəbərlər