Pakistan aviaşirkəti Bakıdan İslamabada xüsusi reys təşkil edəcək

“Pakistan Beynəlxalq Hava Yolları” (PIA) aviaşirkəti Bakı-İslamabad reysi həyata keçirməyi planlaşdırır.

“Report” Pakistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, uçuş iyulun 29-da baş tutmalıdır.

“Biletlər PIA-nın bütün ofislərində satışa çıxarılacaq və növbəlilik prinsipi əsasında satılacaq. Azərbaycandakı Pakistan vətəndaşları PIA-nın saytını və səfirliyin “Facebook” səhifəsini izləməlidirlər”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Digər xəbərlər