Özbəkistan Prezidenti “Turk trade” platformasının yaradılmasını təklif edir

“Turk trade” platformasının yaradılması təklif olunub. 

“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu təkliflə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşü çıxış edib.

Dövlət başçısı TDT-nin iqtisadi inkişafı istiqamətində atılmalı olan addımlardan danışıb:

“Özbəkistan “Turk trade” platformasının yaradılmasını təklif edir. Biz həmçinin birgə investisiya proqramı həyata keçirməliyik”.

Ş.Mirziyoyev həmçinin bildirib ki, Özbəkistan Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə həllini dəstəkləyir: 

"Türkiyənin Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində göstərdiyi səylər yüksək qiymətləndirilməlidir".

Digər xəbərlər