“Azərbaycan İran üçün yaxşı qonşu və qardaş ölkə hesab olunur”.
“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Bu gün dövlət başçısı İlham Əliyevlə uğurlu və uzun danışığımız oldu. XİN başçıları ilə ümumi görüşdən sonra Prezident İlham Əliyevlə 90 dəqiqəlik görüşümüz baş tutdu. Danışıqlar anlaşılmazlıqları aradan qaldırmağa yardım etdi. Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik. İlham Əliyevlə görüşdə Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisənin bizi kədərləndirdiyini, hiddətləndirdiyini və təəccübləndirdiyini də bildirdik və bu məsələni geniş müzakirə etdik”, - XİN başçısı əlavə edib.