NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

Bakı. 16 fevral. REPORT.AZ/ NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana gəlib.

"Report" xəbər verir ki, C.Appaturay bu gün Azərbaycan rəsmiləri ilə o cümlədən, Xarici İşlər Nazirliyində, Müdafiə Nazirliyində görüşlər keçirəcək.

Səfər zamanı Azərbaycan və NATO arasındakı əməkdaşlıq məsələləri, onun cari durumu və perspektivləri müzakirə olunacaq.

Digər xəbərlər