Bu, mənim NATO-nun Baş katibi kimi Azərbaycana, Bakıya etdiyim ilk səfərdir. Lakin Bakıya ilk dəfə deyil ki, gəlirəm, çünki mən Norveçin energetika naziri kimi 1990-cı illərdə buraya dəfələrlə gəlmək şərəfinə nail olmuşam.
"Report"un məlumatına görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Həmin səfərlər xatirimdədir, çünki ölkənizdə həmin vaxt enerji sektorunun çox inkişaf etdiyini və güclü olduğunu gördüm. Buna görə təhlükəsizliyimiz üçün enerjinin vacibliyini nəzərə alaraq enerji təhlükəsizliyinin müzakirəsi fürsətini əldə etmək məqsədilə buraya yenidən gəlmək çox xoşdur", - o vurğulayıb.