Milli Məclisin deputatı AŞPA komitəsinin sədr müavini seçilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dördüncü günü qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin yığıncağı keçirilib. 

“Report” AzərTAc-a istinadən xəbər verir ki, yığıncaqda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva yekdilliklə AŞPA komitəsi sədrinin müavini seçilib.

Digər xəbərlər