Məzahir Pənahov Serbiyada seçkiləri müşahidə edəcək

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 24-də Serbiyaya səfər edəcək.

"Report"un Balkan bürosunun əldə etdiyi məlumata görə, MSK sədri bu ölkədə keçiriləcək parlament seçkilərini müşahidə edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri olacaq.

Qeyd edək ki, Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək.

Digər xəbərlər