Bakı. 27 aprel. REPORT.AZ/ Meksika Neft İnstitutunun direktoru Ernesto Rios Patron may ayında Azərbaycana səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.
Səfir deyib ki, Ernesto Rios Patron Xəzər Neft-Qaz konfransında iştirak etmək üçün Azərbaycan paytaxtına gələcək.
Qeyd edək ki, illik Xəzər Neft-Qaz konfransı mayın 29-dan iyunun 1-dək Bakıda keçiriləcək.