“Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki nitqindən yola çıxaraq, hərəkata üzv ölkələr aralarındakı münasibətləri daha da inkişaf etdirməli, əlaqələri möhkəmləndirməlidir”.
Bunu “Report”a açıqlamasında Malayziyanın xarici işlər naziri Zambri Əbdül Kadir deyib.
O bildirib ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşündə bir sıra mühüm mövzulara toxunulub.
“Buna postpandemiya dövrü ilə bağlı məsələlər, dünyada baş verən aktual siyasi hadisələr daxildir. Qoşulmama Hərəkatına üzv ölkələr bu problemləri daim diqqətdə saxlamalı, liderlər səviyyəsində müzakirə etməlidirlər”, - nazir vurğulayıb.