Bakı. 31 may. REPORT.AZ/ Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report"un məlumatına görə, təbrik mətnində deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək arzulayıram".