Latviya Parlamentinin sədri Dayqa Mierinyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlir.
"Report" xəbər verir ki, mayın 18-də nəzərdə tutulan səfər çərçivəsində spiker bir sıra rəsmi görüşlərdə iştirak edəcək.
Səfər çərçivəsində spiker mayın 20-də Azərbaycan parlamentinin inzibati binasında mətbuat konfransı keçirəcək.