Bakı. 5 aprel. REPORT.AZ/ Kolumbiyanın Azərbaycandakı səfirliyində Mokoa şəhərində baş verən daşqınlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar xatirə kitabı açılıb.
"Report" Kolumbiyanın diplomatik missiyasına istinadən xəbər verir ki, kitab aprelin 5-dən 7-dək saat 12:00-dan 17:00-dək açıq olacaq.
Qeyd edək ki, daşqınlar nəticəsində son günlər Mokoa şəhərində 250-dən çox insan həlak olub, yüzlərlə insan isə xəsarət alıb və itkin düşüb. Kolumbiya prezidenti baş verən təbii fəlakətlə bağlı ölkədə fövqəladə vəziyyət elan edib.