ABŞ və Azərbaycan ticarət, biznes və investisiya sahəsində ikitərəfli imkanların genişləndirilməsinə sadiqdir.
"Report"un məlumatına görə, bunu ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr birinci Azərbaycan-ABŞ iqtisadi dialoqu çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Mən nikbin əhval-ruhiyyədəyəm və əminəm ki, əməkdaşlığımız misli görünməmiş səviyyəyə çatacaq. Bugünkü iqtisadi dialoq məhz buna həsr olunmuşdu", - K.Orr vurğulayıb.
Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan ticarət, biznes və investisiya sahəsində ikitərəfli imkanların genişləndirilməsinə sadiqdir - bu, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin fevral ayında Bakıya tarixi səfəri çərçivəsində vitse-prezident və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas elementlərindən biridir.