İraq şirkətləri Azərbaycanda mövcud layihələrdə aktiv iştiraka dəvət edilib.
"Report" xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İraqa səfər çərçivəsində azərbaycanlı və iraqlı iş adamlarının iştirakı ilə keçirilən biznes forumda iştirak etdik. Azərbaycanda xarici şirkətlər üçün yaradılmış biznes imkanlarından danışdıq, İraq şirkətlərini mövcud layihələrdə aktiv iştiraka dəvət etdik. Azərbaycanın İraq bazarına sərmayə yatırmasını inkişaf etdirməyə dair fikir mübadiləsi aparıldı", - nazir qeyd edib.