Bakı. 1 may. REPORT.AZ/ Nyu-Yorkda BMT Baş Assambleyasının İnformasiya məsələləri üzrə komitəsinin iclası keçirilir.
Xarici İşlər Nazirliyindən (XİN) "Report"a verilən məlumata görə, Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev iclasda iştirak edir.
Bildirilib ki, BMT Baş Assambleyasının İnformasiya komitəsi 1979-cu ildə təsis olunub və komitənin mandatına BMT-nin ictimai informasiya siyasətinin müəyyən edilməsi, dünyada yeni, ədalətli və effektiv informasıya məkanının yaradılması ilə sülhün gücləndirilməsi kimi məsələlər daxildir.