Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib

Bu ilin I rübündə Gürcüstandan 2 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Sənədə əsasən, həmin şəxslər 41-65 yaş qrupuna daxil olan kişilərdir.

Yanvar-mart aylarında qonşu ölkədən çıxarılan xarici ölkə vətəndaşlarının ümumi sayı 40 nəfər təşkil edib.

Hesabat dövründə Gürcüstandan ən çox Türkiyə (8 nəfər) və İran vətəndaşları (7 nəfər) deportasiya olunub.

Digər xəbərlər