Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində yaralananların sayı 120-yə çatıb.
“Report” xəbər verir ki, məlumatı “Azad İran” yayıb.
17:33
Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələ nəticəsində 60 nəfər yaralanıb, 15 kəndə ziyan dəyib.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Qeyd edək ki, yanvarın 18-də Xoyda 5,4 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar 12 km dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.
Qeyd edək ki, 2022-ci il oktyabrın 5-də Xoy şəhərində 5,7 bal gücündə zəlzələ baş vermişdi. Həmin vaxt 390 nəfər yaralanmış, 4000-dən artıq evə ziyan dəymişdi, 100-dək ev isə tamamilə dağlmışdı.