Gülşən Paşayeva: “Azərbaycan və Özbəkistan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

“Son illər Azərbaycan-Özbəkistan münasibətləri əhəmiyyətli dərəcədə inkişaf edib, hazırda ölkələr arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Gülşən Paşayeva Azərbaycan-Özbəkistan əlaqələrinə və Özbəkistanda keçirilmiş növbədənkənar prezident seçkisinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ildə Özbəkistana səfəri ölkələr arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb: “Əməkdaşlıq üçün getdikcə daha çox imkanlar yaranır”.

O, iki ölkənin beynəlxalq təşkilatlar səviyyəsində bir-birini dəstəklədiyini də vurğulayıb.

Digər xəbərlər