Bakı. 21 avqust. REPORT.AZ/ "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı - GUAM" Parlament Assambleyasının 11-ci sessiyasının keçirilmə tarixi məlum olub.
"Report" Moldova KİV-inə istinadən xəbər verir ki, sessiya sentyabrın 28-də Kişinyovda keçiriləcək.
Gürcüstan, Ukrayna, Azərbaycandan olan parlament nümayəndə heyətləri, həmçinin GUAM və Baltiya Assambleyasının nümayəndələri Moldovaya gələcəklər.
Müzakirələr GUAM-a üzv dövlətlər arasında əməkdaşlığın perspektivləri, regionda informasiya təhlükəsizliyinin təminatı və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edəcək üç işçi qrupu çərçivəsində keçiriləcək.