Gələn il Azərbaycanın beynəlxalq fəaliyyəti üçün ayrılan vəsait açıqlanıb

Azərbaycanın gələn il üzrə dövlət büdcəsindən beynəlxalq münasibətlər üçün 361,9 milyon manat vəsait ayrılıb.

“Report” xəbər verir ki, bu, "2022-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.

Gələn il xarici yardımlara isə 11 milyon manat vəsaitin xərclənməsi nəzərdə tutulub.

Qeyd edək ki, qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Digər xəbərlər