Fransanın xarici işlər naziri Azərbaycana rəsmi səfər edəcək

Bakı. 25 may. REPORT.AZ/ Fransanın xarici işlər naziri Jan-İv Lö Drian mayın 27-də Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Səfər çərçivəsində xarici işlər naziri Jan-İv Lö Drianın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirləri birgə mətbuat konfransı keçirəcəklər. 

Digər xəbərlər