"Kahramanmaraşda Fövqəladə Hallar Nazirliyinin iki mobil səhra hospitalı var. Həkimlər də mütəmadi olaraq dəyişdirilirdi. Hazırda orada 25-dən artıq həkimlərimiz fəaliyyət göstərir. İndiyə qədər Kahramanmaraşda yaşayan 2 500-dən çox vətəndaşa tibbi yardım göstərilib".
“Report” xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
"Həmçinin, 5 psixoloq 22 gündür fəlaiyyətlərini davam etdiriblər, zəlzələdən zərərçəkənlərə psixoloji yardım göstəriblər", - nazir müavini əlavə edib.