Türk Dövlətləri Təşkilatı (TDT) dünyanın ən mühüm beynəlxalq təşkilatlarından biridir.
"Report"un məlumatına görə, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi Bakıda keçirilən "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon" adlı paneldə deyib.
Onun sözlərinə görə, bu da TDT-nin regional və beynəlxalq aktor kimi özünü təkmilləşdirməsi baxımından çox önəmlidir:
"Amma, sözsüz ki, bugünkü durum hələ yetərli deyil, daha da inkişaf edəcək, çünki təşkilatda belə bir potensial var".
F.Pirinççi həmçinin Azərbaycanda heç vaxt özünü yad ölkədə hiss etmədiyini də söyləyib.