“Türkiyənin Azərbaycanla yaxın münasibətlərindən məmnunluq duyuram”.
“Report”un xəbərinə görə, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycandan olan bir qrup media nümayəndəsini videoformatda qəbul edərkən səsləndirib.
“Biz bir millət, 3 dövlətik. Biz Qarabağda müharibə gedən zaman da azərbaycanlı qardaşlarımızın həyəcanını burada yaşayırdıq. Şimali Kipr Türk Respublikası olaraq daima qardaş ölkə Azərbaycanın yanındayıq”, - o bildirib.