Ermənistanın baş naziri: "Nəqliyyat əlaqələrinin bərpası ilə bağlı sənəd hazırdır”

“İrəvan bərabərlik və suverenlik prinsipləri əsasında nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 6-da hökumətin iclasında deyib.

Onun sözlərinə görə, bununla bağlı sənəd hazırdır: “Ermənistan tərəfdən üç keçid məntəqəsinin açılması nəzərdə tutulur”.

Digər xəbərlər