Ehud Barak: "Pandemiyadan qorunmağın yeganə yolu peyvəndlənmədir"

“Əvvəllər elə bilirdik ki, pandemiyaya qarşı dərman tapmaq çox vaxt aparacaq, indi isə bir il ərzində peyvəndin hazırlanaraq dünya boyu tətbiqinə şahid oluruq”.

“Report” xəbər verir ki, bunu İsrailin sabiq baş naziri Ehud Barak VIII Bakı Qlobal Forumunun “Yeni dünya iqtisadiyyatı” adlı panelindəki nitqində bildirib.

“Əminəm ki, pandemiyadan qorunmağın yeganə yolu peyvəndlənmədir, peyvəndlərin bütün ölkələr arasında ədalətli bölgüsüdür” – deyən sabiq hökumət başçısı daha bir qlobal təhlükə olan iqlim dəyişikliyinə qarşı mübarizədə də gənclərin üzərinə böyük yük düşdüyünü dilə gətirib.

Digər xəbərlər