İrandan Çinin 40-a yaxın vətəndaşı Azərbaycan vasitəsilə təxliyə edilib.
"Report"un Cənub bürosunun məlumatına görə, onlar Astara dövlət sərhədindən buraxılış məntəqəsindən ölkəyə keçiblər.
Çin vətəndaşları rəsmi prosedurlardan sonra ölkələrinə getmələri üçün avtobusla yola salınacaqlar.