Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirak üçün Vaşinqtona yola düşüb - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

08:45

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Vaşinqtona səfər edəcək.

"Report"un əldə etdiyi məlumata görə, XİN başçısı NATO sammiti çərçivəsində alyans tərəfdaşları ilə keçiriləcək tədbirdə iştirak edəcək.

Xəbər lenti