Nazir: "2024-cü ildə Ermənistanla görüşlərin bərpasının şahidi olacağımıza inanırıq"

Noyabr ayına qədər uzun müddət Ermənistandan sülh təklifləri ilə bağlı heç bir reaksiya ala bilməmişdik.

“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan da bunu təsdiqləyib: “Bu il fiziki görüşlər də həyata keçirildi. Amma son aylar durğunluq yaşanıb. 2024- cü ildə görüşlərin bərpasının şahidi olacağımıza inanırıq”.

Digər xəbərlər