Çexiya parlamentinin spikeri Azərbaycana səfər edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ Çexiya Deputatlar Palatasının sədri Yan Hamaçek martın 12-15-də Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Çexiyanın Azərbaycandakı səfiri Viteslav Pivonka bildirib.

Səfər zamanı iki ölkə arasında parlamentlərarası əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Digər xəbərlər