Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumunda iştirakı Türkiyənin Azərbaycanla qardaşlıq və müttəfiqliyinin daha bir göstəricisidir.
"Report"un Türkiyə bürosuna açıqlamasında bunu ölkənin vitse-prezidenti Cevdet Yılmaz bildirib.
O deyib ki, Azərbaycan və Türkiyə qardaşlıq əsasında, strateji müttəfiqlər kimi uzun illər boyunca bu münasibətləri davam etdirəcəklər:
"Hər sahədə mövcud olan əməkdaşlığımızı daha yüksək səviyyələrə çatdırmaq üçün iş birliyimiz davam edir. Burada qardaşlarımızı görməkdən böyük məmnunluq duyuruq. Birlikdə olduğumuz zaman daha güclüyük".