Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp energetika nazirinin müavini Elnur Soltanovla görüşüb.
“Report” xəbər verir ki, diplomat bu barədə özünün tviter hesabında yazıb.
“Elnur Soltanovla COP26-dan sonrakı addımları və azad edilmiş ərazilər də daxil olmaqla, Britaniyanın Azərbaycanda bərpa olunan enerjiyə dəstəyini müzakirə etdik”, - paylaşımda bildirilib.