Britaniya səfiri CQD-nın Avropanın enerji təhlükəsizliyindəki rolunu yüksək qiymətləndirib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi, dekarbonizasiyası və təmiz enerjiyə keçidindəki rolunu yüksək qiymətləndirib.

“Report” xəbər verir ki, bunu diplomat tviter hesabında yazıb.

“Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci toplantısında iştirak etdim. CQD Avropanın enerji təhlükəsizliyi, dekarbonizasiyası və təmiz enerjiyə keçidində böyük əhəmiyyətə malikdir. Bu keçidin həyata keçirilməsində “BP Azərbaycan”ın töhfələrini görməkdən məmnunam”, - səfir bildirib.

Digər xəbərlər