Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma-bərpa işləri həyata keçirib.
Bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz deyib.
O, Qarabağda qısa müddətdə yüksək səviyyədə infrastrukturun qurulmasını təqdir etdiyini söyləyib:
“Məcburi köçkünlərin öz evlərinə qayıtmasını mümkün qədər sürətləndirmək üçün minatəmizləmə əməliyyatı aparılır və böyük işlər görülür".
Səfir həmçinin bildirib ki, Braziliya Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanacağına ümid edir:
“Biz sülh müqaviləsinin mətninin razılaşdırılmasını müsbət qiymətləndiririk və alqışlayırıq”.