BQXK: "Ukraynada müvəqqəti saxlanma yerlərində Azərbaycan vətəndaşının olması barədə məlumat yoxdur"

"Rusiya-Ukrayna müharibəsi zamanı müvəqqəti saxlanma yerlərində Azərbaycan vətəndaşının olub-olmaması barədə heç bir məlumat yoxdur".

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2021-ci il fəaliyyətləri ilə bağlı keçirilən tədbirdə bildirilib.

Vurğulanıb ki, indiyədək heç bir azərbaycanlı ailədən quruma müraciət daxil olmayıb: "Əgər müraciət olarsa, biz bununla bağlı araşdırma apararıq. Hazırda müraciət yoxdur".

Digər xəbərlər