BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolidən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və ölkənizin rifahı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
BP olaraq, Azərbaycanda dünya miqyaslı enerji layihələrinin operatoru olmaqdan, Azərbaycan Hökuməti və SOCAR ilə qurduğumuz müstəsna münasibətlərdən qürur duyur və bu səmərəli tərəfdaşlığımızın gələcək illərdə də davam edəcəyinə ümid edirik. Bu strateji enerji layihələrinin həyata keçirilməsi Sizin liderliyiniz və daimi dəstəyiniz sayəsində mümkün olmuşdur.
Bu il 30 ildən artıq davam edən tərəfdaşlığımızda daha bir mühüm mərhələni qeyd edirik. İyun ayında biz neft və qazın kəşfiyyatı və hasilatını gücləndirəcək, eyni zamanda Günəş enerjisi və elektrikləşdirmə layihələrinin irəliləməsinə töhfə verəcək dörd əhəmiyyətli saziş imzaladıq. Qarşıdan gələn illər ərzində bu layihələrin də uğurla reallaşmasına ümid edirik.
Bu xoş fürsətdən istifadə edərək. Sizi, ailənizi və bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Yeni ildə Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına firavanlıq, sülh və tərəqqi arzulayıram".