BMTM rəhbəri: İran üzrə araşdırma aparan ekspert, siyasətçi, diplomat çatışmazlığı var

Vaxtilə İranla bağlı münasibətlər pis idi. İndi isə bu sahədə araşdırma aparan ekspert, siyasətçi, diplomat çatışmazlığı var.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev iyunun 7-də Bakıda keçirilən “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusundakı dəyirmi masada deyib.

Onun sözlərinə görə, Fransa ilə bağlı da eyni durum ola bilər:

"Ona görə də tədqiqatçıların fəaliyyətlərində bunu nəzərə alması vacibdir. Mən tədqiqatçıları mərkəzə dəvət edirəm, bütün istiqamətlərdə araşdırma aparmaq üçün imkanlar yaradılmasının tərəfdarıyam".

Digər xəbərlər