TDT ölkələrinin vətəndaşları üçün səyahətin asanlaşdırılması nəzərdə tutulur.
“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkialtının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən TDT Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə danışıb.
O qeyd edib ki, bu asanlaşdırma türk dövlətlərinin vətəndaşlarının TDT ölkələrinə sadəcə şəxsiyyət vəsiqəsi ilə səyahət edə bilmə imkanından ibarətdir:
“Azərbaycan və Türkiyə arasında bu layihə icra edilir. Yaxın gələcəkdə bunun digər ölkələrə də şamil edilməsi planlaşdırılır”.