Bakıda Azərbaycan-BMT əməkdaşlığının 30 illiyi qeyd ediləcək

Martın 2-də Bakıda Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında əməkdaşlığın 30 illiyinə həsr olunmuş fotosərgisi keçiriləcək.

“Report” xəbər verir ki, dənizkənarı bulvarda təşkil ediləcək sərginin açılış mərasimində BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunub. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi həmin ilin mayın 6-da açılıb.

Digər xəbərlər