Bakıda "Avropa və Asiya arasında Yeni İpək Yolunun yaradılmasında Türkmənistan və Azərbaycanın rolu" mövzusunda konfrans keçiriləcək

Bakı. 7 mart. REPORT.AZ/ Martın 10-da Bakıda "Avropa və Asiya arasında Yeni İpək Yolunun yaradılmasında Türkmənistan və Azərbaycanın rolu" mövzusunda konfrans keçiriləcək.

"Report"un əldə etdiyi məlumata görə, tədbir Türkmənistanın müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar "Vətən irsi və transformasiyasının ehtiram ili" proqramı çərçivəsində baş tutacaq.

Konfransda iki ölkənin alimləri, ictimai xadimləri iştirak edəcəklər.

Digər xəbərlər