Kestutis Yankauskas: "Azərbaycanla Aİ arsında yeni sazişə dair danışıqların növbəti mərhələsi fevralın ortalarında keçiriləcək"

Bakı. 1 fevral. REPORT.AZ/ "Azərbaycanla Avropa İttifaqı (Aİ) arsında yeni sazişə dair danışıqların növbəti mərhələsi fevral ayının ortalarında keçiriləcək".

Bunu "Report"a Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

O, danışıqların, əsasən, ticarət və siyasət mövzularını əhatə edəcəyini diqqətə çatdırıb.

“Bildiyiniz kimi, əvvəlki mərhələ 21-22 yanvar tarixlərində Brüsseldə keçirilib və eyni mövzulara həsr olunmuşdu. O mərhələni uğurlu hesab etmək olar”, - deyən diplomat hazırda növbəti danışıqların tarixinin razılaşdırıldığını qeyd edib.

Digər xəbərlər