Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin 125-ci sessiyasında iştirak etmək üçün Brüsselə yola düşüb. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Sessiya çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.