Azərbaycanın xarici işlər naziri NATO iclasında iştirak edəcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil-qərargahında keçiriləcək xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. "Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, görüş dekabrın 1-2-də Brüsseldə baş tutacaq.

İclasa NATO baş katibi Yens Stoltenberq rəhbərlik edəcək.

Qeyd edək ki, Azərbaycan NATO-nun tərəfdaş ölkəsi, Əfqanıstandakı ISAF missiyasının iştirakçısıdır.

Digər xəbərlər