Bakı. 9 yanvar. REPORT.AZ/ Ötən gün Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov dahi bəstəkar Üzeyir Hacıbəylinin Mersin Dövlət Opera və Balet Teatrında səhnələşdirilmiş “Koroğlu” operasının premyerasında iştirak etmək məqsədilə Mersin şəhərində olub.
Səfirlikdən “Report”a verilən məlumata görə, səfər çərçivəsində F.Bağırov Mersinin qubernatoru Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz və Tarsus rayon bələdiyyəsinin sədri Şevket Can ilə ayrı-ayrılıqda görüşlər keçirib.
“Koroğlu” operasının Mersində Dövlət Opera və Balet Teatrı tərəfindən səhnələşdirilməsinin iftixar doğuran bir hadisə olduğunu qeyd edən səfir, bunu Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərinə daha bir nümunə kimi dəyərləndirib. Səfir Faiq Bağırov “Koroğlu” operasının səhnələşdirilməsi istiqamətində uzunmüddətli hazırlıq işlərinin görüldüyünü və səfirliyin təşəbbüsü nəticəsində Mersin Dövlət Opera və Balet Teatrının 2015-2016-cı illər üçün repertuarına daxil edildiyini diqqətə çatdırıb.
Görüşlər müddətində iki ölkə arasında münasibətlərin inkişafında Tarsus rayonunun xüsusi rolu qeyd olunub və 2011-ci ildə həmin rayonda ümummilli lider Heydər Əliyevin adına körpünün, 2015-ci ildə isə ulu öndərin xatirəsinə tikilmiş parkın və onun abidəsinin açılış mərasimləri keçirildiyi diqqətə çatdırılıb.
Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafının xalqımızın mənəvi sifarişi olduğunu diqqətə çatdıran Mersin şəhərinin rəhbər şəxsləri, Azərbaycan mədəniyyətinin ayrı-ayrı nümunələrinin, o cümlədən dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin Türkiyədə tanıdılmasının əhəmiyyətindən bəhs ediblər.
Azərbaycanın Türkiyədəki səfiri Mersində bir sıra görüşlər keçirib
Digər xəbərlər
Rəsmi Bakı Sultan Hacıyevi AQEM-in Baş katibi təyin olunması münasibətilə təbrik edib
16 oktyabr, 2026 / 09:46
Azərbaycan XİN Pakistana başsağlığı verib
16 oktyabr, 2026 / 09:34
BMT-də Azərbaycanın işgəncələrə qarşı beynəlxalq müqavilələrə sadiqliyi diqqətə çatdırılıb
16 oktyabr, 2026 / 06:05
BMT-də Azərbaycanın Cənub-Cənub əməkdaşlığına verdiyi önəmdən bəhs olunub
16 oktyabr, 2026 / 04:09
Azərbaycan XİN: AQEM-in VII Zirvə Görüşü regional dialoqun inkişaf etdirilməsində mühüm mərhələdir
15 oktyabr, 2026 / 23:54
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
15 oktyabr, 2026 / 20:47
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
15 oktyabr, 2026 / 20:01
ASAN xidmət təcrübəsinin İraqda tətbiqi müzakirə edilib
15 oktyabr, 2026 / 19:07
Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb
15 oktyabr, 2026 / 18:19
Azərbaycanla Latviya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub
15 oktyabr, 2026 / 18:10
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib
15 oktyabr, 2026 / 17:34
BTQ: OMTC-nin hesabatı Fransada insan hüquqlarının müdafiəsində sistemli problemləri üzə çıxarıb
15 oktyabr, 2026 / 16:55
Mirziyoyev və Al Tani Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər
15 oktyabr, 2026 / 16:52
AQEM-in Baş katibi Qarabağ atı heykəlinə görə Azərbaycana təşəkkür edib
15 oktyabr, 2026 / 16:29
Kayrat Sarıbay: AQEM yeni ölkələr üçün cəlbedici platforma olaraq qalır
15 oktyabr, 2026 / 16:28
BMT və AQEM qlobal çağırışların həlli üçün əməkdaşlığı gücləndirir
15 oktyabr, 2026 / 16:14