Azərbaycanın Qəbələ şəhəri və İsrailin Yokneam şəhəri qardaşlaşacaq

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın Qəbələ şəhəri və İsrailin Yokneam şəhəri arasında qardaşlıq haqqında saziş imzalanacaq.

"Report" xəbər verir ki, saziş sentyabr ayında Qəbələ icra hakimiyyətinin rəhbərliyinin İsrailə səfəri çərçivəsində imzalanacaq. 

Xatırladaq ki, 2015-ci ilin iyul ayında Azərbaycanın Mingəçevir şəhəri və İsrailin Afula şəhəri arasında qardaşlıq haqqında saziş imzalanıb. 

Digər xəbərlər