Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov iyunun 17-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfər edəcək.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Deputat səfərdə “Azərbaycanda yəhudi irsi” adı ilə keçirilən tədbirdə iştirak edəcək. Avropada fəaliyyət göstərən yəhudi təşkilatlarının, Almaniyanın dövlət və hökumət rəsmilərinin, Bundestaqın üzvlərinin və akademik dairələrin nümayəndələrinin qatılacağı tədbir çərçivəsində, həmçinin “Azərbaycanda yəhudi irsi” adlı fotokitabın təqdimatının və sərginin keçirilməsi də nəzərdə tutulub.
Səfər iyunun 22-də başa çatacaq.