Azərbaycan səfiri Koreyanın ictimai mühafizə və təhlükəsizlik naziri ilə görüşüb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov bu ölkənin ictimai mühafizə və təhlükəsizlik naziri Park İn-yong ilə görüşüb. 

Bu barədə "Report"a Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən məlumat verilib. 

Görüşdə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Koreya Respublikasının müvafiq qurumu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Digər xəbərlər